İranda gəlin toyda güllələndi
19 iyul 2022 13:55 (UTC +04:00)

İranda gəlin toyda güllələndi

Gəlin toyda güllələndi - VİDEO

İranda gəlin toy zamanı güllələnib. 

Lent.az-ın məlumatına görə, faciə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib.

Nəticədə başından güllə yarası alan gəlin yerindəcə ölüb. Daha iki nəfər yaralanıb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, polis onu yaxalaya bilib. Polisin sözlərinə görə, silahlı şəxs gəlini təsadüfən güllələyib.

Ölən gəlinin ailəsi bildirib ki, ölümündən sonra qadının orqanları ehtiyacı olan üç nəfərə verilib. 

 

İranda gəlin toyda güllələndi

# 6408
avatar

Nigar Namiq

Oxşar yazılar