Oğurluq anı
04 iyun 2022 17:52 (UTC +04:00)

Oğurluq anı

Dayanacaqdan velosiped oğurlayıb satdı - HADİSƏ ANI

Bakıda ticarət mərkəzinin dayanacağından velosiped oğurlayan saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb.

Oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib.

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırrmalardan sonra məlum olacaq.

Dayanacaqdan velosiped oğurlayıb satdı

# 1530
avatar

Mehman Nəbiyev

Oxşar yazılar