Bu məşhur Brilliant, Tünzalə, Murad və Eldarı TƏNQİD ETDİ  - VİDEO
10 noyabr 2021 15:37 (UTC +04:00)

Bu məşhur Brilliant, Tünzalə, Murad və Eldarı TƏNQİD ETDİ - VİDEO

Rejissor Kənan Mahmudov “Səs Azərbaycan” yarışmasının münsiflərinini tənqid edib.

Lent.az-ın məlumatına görə, buna səbəb, münsiflərin iştirakçı Röyal Musanın ifasına dönməmələri olub: 

“Hörmətli münsiflər, yanınıza bir kreslo qoyun. Bu istedadlı gənc orada otursun. Siz bu səsə dönmədiniz? Çox söz yazardım, amma aid olduğum yer buna imkan vermir.

Bu sözü çəkinmədən deyirəm, sənin səsin bəzi xalqın tanımadığı xalq artistlərinden çox gözəldir. Bəzən birilərinin eqosu başqalarının taleyini dəyişə bilər. Sən bir dənəsən, tanımadığım dostum. Sən heç narahat olma. Bu sənətdə çox insan öz yerində deyil. Sənə uğurlar, Röyal Musa.

İctimai TV-ni niyə izləmədiyimi bir az anladım. Söz verirəm, bir film ya da serialımda ifandan mütləq istifadə edəcəm. Bunu 15 il 250 klip çəkən musiqi duyumu olan bir insan kimi deyirəm”.

# 3810
avatar

Yalçın UĞUR

Oxşar yazılar