Bakının mərkəzində maşın yandı - VİDEO
16 dekabr 2025 11:43 (UTC +04:00)

Bakının mərkəzində maşın yandı - VİDEO

0

Bakıda avtomobil yanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə dünən axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Molla Pənah Vaqif küçəsinin kəsişməsində qeydə alınıb.

Yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı, kəsişmədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar