Bakının 4 qəsəbəsində silahlılara qarşı ƏMƏLİYYAT  -  VİDEO
08 sentyabr 2022 16:45 (UTC +04:00)

Bakının 4 qəsəbəsində silahlılara qarşı ƏMƏLİYYAT - VİDEO

Sabunçu rayon Polis İdarəsinin, ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən ötən gün daxil olmuş məlumatlar əsasında Balaxanı, Ramana, Maştağa və Zabrat qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsinə və üzərində odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ümumilikdə 23 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunublar. Onların üzərindən, yaşadıqları evlərdən 2 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər.

Zabrat qəsəbəsində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş Salman Şirinov saxlanılıb. Onun yaşadığı evinə baxış zamanı 1 ədəd qundağı və lüləsi kəsilmiş “İJ-18” markalı odlu silah, 7 ədəd patron və 2 ədəd “F-1” markalı qumbara aşkar edilib.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bakıda daha bir əməliyyat

# 6630
avatar

Mehman Nəbiyev

Oxşar yazılar