Bakıda oğurlanan 2 yaşlı uşağın gizlədildiyi ev tapılıb.
Lent.az "Xəzər TV"yə istinadən xəbər verir ki, M.Şıxalıyev oğurlandıqdan sonra 12 gün Kürdəxanı qəsəbəsində yerləşən evdə gizlədilib.
Həmin evin kadrları təqdim edirik:
Qeyd edək ki, Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.