Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol qəzaları ilə bağlı piyadalara müraciət edib.
Mərkəzdən Lent.az-a bildirilib ki, piyadaların öz hüquqları olduğu kimi, vəzifələri də var. Hüquqlarından istifadə edən piyadalar, vəzifələrini də icra etməlidirlər. Qaydalara əməl edərək özünüzlə yanaşı, sürücüləri də təhlükə ilə üz-üzə qoymaya bilərsiniz.
Qeyd olunub ki, ötən il paytaxt ərazisində qaydalara əməl etməyən 13 min 615 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu ilin 5 ayı ərzində isə 8 min 713 piyada məsuliyyətə cəlb olunub.
NİİM-in müşahidə kameralarına düşən bəzi piyada vurulma hadisələrinin görüntülərini təqdim edirik: