Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY
06 iyun 2025 15:55 (UTC +04:00)

Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY

Türkiyədə qurbanlıq dana iş adamını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Şahzadələr qəsəbəsində baş verib.

İş adamı 46 yaşlı İbrahim Külahlı fermasında olan satmaq istədiyi dananın fotosunu çəkərək müştəriyə göndərmək istəyib. Bu zaman dana ona hücum edib. Nəticədə kişi ayağından, döş qəfəsindən və dalağından ağır xəsarət alıb.

Hadisə yerinə gələn həkimlər onu xəstəxanaya aparıblar. Ancaq görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186

Oxşar yazılar