"Arsenal"ın gənc oyunçusu Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığına görə 4 il həbs cəzasına məhkum edilib.
Lent.az xəbər verir ki, 34 yaşlı futbolçu 2024-cü ildə saxlanılıb. Böyük Britaniya sərhədçiləri onun Banqkokdan gətirdiyi iki çamadanda təxminən 60 kiloqram narkotik aşkar ediblər. Futbolçu günahını etiraf edib.
Narkotiklərin dəyəri təxminən 600.000 funt sterlinqdir (təxminnə 1 milyon 381 min 860 manat).