Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəldi
06 iyun 2025 07:18 (UTC +04:00)

Trampla qarşıdurma Maska 34 milyard dollara başa gəldi

ABŞ prezidenti Donald Trampla münaqişə amerikalı sahibkar İlon Maska bir gündə 34 milyard dollara başa gəlib.

Lent.az xəbər verir ki, “Bloomberg Billionaire Index”in yenilənmiş məlumatları bunu deməyə əsas verir.

Biznesmen dünyanın ən varlı adamları siyahısında birinci yeri tutmaqda davam edir, lakin onun sərvəti 33,9 milyard dollar azalaraq 334,5 milyard dollara çatıb.

Bir gün əvvəl bu rəqəm 368,4 milyard dollar olub. Ümumilikdə, 2025-ci ilin əvvəlindən sahibkar 97,9 milyard dollar itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar