Rusiyanın Ura.ru xəbər agentliyinin redaktoru Denis Allayarovla birlikdə Yekaterinburqdakı 10 saylı polis bölməsinin cinayət axtarış şöbəsinin rəisi də saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Allayarov rüşvət verməkdə, polis isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bu gün Leninski Məhkəməsində hər ikisi barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Ura.ru-da axtarışlar iyunun 5-i səhər saatlarında başlayıb. Göstərilən səbəblərdən biri də yerli jurnalistlərin mənbələrlə işləməsidir.
Anna Salymskaya və Sergey Bodrov da saxlanılıb. Onlara daim rəsmi məlumat ötürən və mart ayında saxlanılan keçmiş polis zabiti jurnalistlərin əleyhinə ifadə verib.