İspan futbolçu Lamin Yamal 112 ildən sonra 18 yaşına qədər millinin heyətində 6 qol vuran ilk avropalı olub.
Lent.az xəbər verir ki, sonuncu dəfə 1913-cü ildə 18 yaşına çatmamış hollandiyalı Fernand Niso 7 qol vurub.
İyunun 5-də İspaniya millisi Millətlər Liqasının yarımfinalında Fransa millisini məğlub edib.
Almaniyanın “Ştutqart Arena” stadionunda keçirilən görüş 5:4 hesabı ilə başa çatıb. İspaniya komandasının bu görüşdə qollarını Niko Uilyams, Mikel Merino, Lamin Yamal və Pedri vurub. Fransa yığmasının heyətində Kilian Mbappe 11 metrlik cərimə zərbəsi ilə, Rayan Çerki və Randal Kolo Muani fərqlənib. Digər isə Dani Vivianın vurduğu avtoqol olub.
Komanda Millətlər Liqasında iyunun 4-də Almaniyaya qalib gələn Portuqaliya yığması ilə qələbə uğrunda mübarizə aparacaq. Qarşılaşma iyunun 8-də baş tutacaq. Həmin gün üçüncü yer uğrunda görüşdə Almaniya və Fransa milliləri qarşılaşacaq.