Pişiyi xilas etmək istəyən qız 13-cü mərtəbədən  yıxıldı
06 iyun 2025 13:50 (UTC +04:00)

Pişiyi xilas etmək istəyən qız 13-cü mərtəbədən yıxıldı

Rusiyanın Altay diyarında gənc qız binadan yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Barnaul şəhərinin Putilovskaya küçəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, qız çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanında ilişib qalmış pişik balasını xilas etməyə çalışırmış. Lakin bu zaman o, yıxılaraq 10-cu mərtəbənin damına, yəni binanın başqa mərtəbəsinə düşüb. Əraziyə polis və təcili yardım çağırılıb.

Onlar zərərçəkmişə dərhal çata bilmədiklərindən xilasediciləri köməyə çağırıblar. 

Xilasedicilər qızın köməksiz vəziyyətdə qaldığı damın üstünə çıxmaq üçün motorlu kəsicidən istifadə ediblər. O, huşunu itirib, lakin ayaqlarındakı şiddətli ağrılardan şikayətlənib. Qız damdan çıxarılaraq təcili yardıma aparılıb. Onun xəsarətlərinin xarakteri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392

Oxşar yazılar

Gəncədə iki avtomobil toqquşdu, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşdu, xəsarət alan var

22 iyul 2025 , 08:10
Gəncədə 21 yaşlı gənc bıçaqlandı

Gəncədə 21 yaşlı gənc bıçaqlandı

22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü

Göygöldə restoranda iki yeniyetmə döyüldü

22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı

Gəncədə 41 yaşlı qadın bıçaqlandı

22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

22 iyul 2025 , 00:10
Cəlilabadda balıqlar  kütləvi şəkildə   tələf oldu

Cəlilabadda balıqlar kütləvi şəkildə tələf oldu

21 iyul 2025 , 20:44
Ağsuda DƏHŞƏT:  ailəsi gənc qızın meyitini tapdı

Ağsuda DƏHŞƏT: ailəsi gənc qızın meyitini tapdı

21 iyul 2025 , 19:33
Sumqayıtda dənizdə  yeniyetmə qıcolmadan  öldü

Sumqayıtda dənizdə yeniyetmə qıcolmadan öldü

21 iyul 2025 , 18:33