Bakıda bir nəfər dənizdə boğulma təhlükəsi ilə üzləşib.
Lent.az-ın məlumatına görə, hadisə dekabrın 17-də günorta saatlarında Dənizkənarı Milli Parkda qeydə alınıb. Məlumata görə, bulvarın təhlükəsizlik hasarına çıxıb oturan şəxs ehtiyatsızlıqdan suya düşüb. Onun çıxarılması üçün dənizə hava ilə doldurulmuş şar atılıb.
Hadisəni ətrafda olanlar kameraya çəkib. Həmin videonu təqdim edirik: