Artıq bir ilə yaxındır ki, Rusiya və Ukrayna arasında müharibə davam edir. Döyüşlərdə iştirak edənlər arasında azərbaycanlılar da var.
Lent.az xəbər verir ki, Ukrayna ordusunun tərkibində vuruşan azərbaycanlılardan biri rus kəşfiyyatı başa düşməsin deyə əlaqələri Azərbaycan dilində aparır.
Belə ki, həmin anları Murad Nəsirov adlı soydaşımız şəxsi “Tiktok” hesabında paylaşıb. Qısa zaman ərzində bu video sosial şəbəkələrdə gündəm olub.
Sözügedən görüntüləri təqdim edirik: