Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
Lent.az yerli KİV-ə istinadən bildirir ki, insident azərbaycanlı kriminal qruplar arasında baş verib. Məlumata görə, mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olan 4 nəfər restoranların birinin qarşısında gözləyərkən ötən il öldürülən "Lotu Quli"nin yaxınları olan 3 nəfər onlara yaxınlaşıb. Aralarında yaranan mübahisə zamanı həmin 4 nəfərə atəş açılıb. Tibb işçiləri hadisə yerinə gələrkən 2 nəfərin öldüyünü, 2 nəfərin isə yaralandığını bildiriblər.
İlkin məlumata görə, hadisə borc üstündə baş verib. Ölən iki nəfərdən biri Rövşən Lənkəranskinin yaxın adamı Naxçıvanlı Babadır. Mərhum avtoritetin digər yaxın adamı "Xarkov Fuad" kimi tanınan Fuad Hacızadə isə yaralanıb. Qaçan 3 nəfərin axtarışları davam edir.
Silahlı insident yaxınlıqdakı yaşayış binasında sakinlərin biri tərəfindən telefonla çəkilib. Həmin görüntüləri təqdim edirik: