Azərbaycanda dağda yeni göl yarandı - FOTO  + VİDEO
03 iyun 2022 19:06 (UTC +04:00)

Azərbaycanda dağda yeni göl yarandı - FOTO + VİDEO

Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.

Bu barədə Lent.az-a Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.

Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.

Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib.

M. Heydərov həmçinin bildirib ki, gölün daşması kimi və ya başqa hər hansı bir təhlükə yoxdur.

Yeni əmələ gələn gölün görüntülərini təqdim edirik: 

# 24756
avatar

Nigar Namiq

Oxşar yazılar