Avtomobil dayanacağın dördüncü mərtəbəsindən düşdü - VİDEO
13 dekabr 2023 10:17 (UTC +04:00)

Avtomobil dayanacağın dördüncü mərtəbəsindən düşdü - VİDEO

Moskvanın Pyatnitskoe şossesində avtomobil dayanacaqdan düşüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə dekabrın 11-də Mitino rayonunda baş verib. “Volkswagen Touareg” markalı avtomobil çoxmərtəbəli avtomobil dayanacağının dördüncü mərtəbəsindən düşüb.

Sürücü xəsarət alıb və hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, o, sərxoş halda sükan arxasına keçib. Avtomobil ciddi zədə alıb.

Hadisə yerinə gələn təcili yardım xidmətləri fövqəladə vəziyyətin bütün lazımi təfərrüatlarını qeydə alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini və dəqiq səbəblərini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4278
avatar

Oxşar yazılar