Ata oğlunun məzarını tapa bilmədi  - Qubadlının məhv edilən qəbiristanlığı - VİDEO
03 avqust 2021 14:07 (UTC +04:00)

Ata oğlunun məzarını tapa bilmədi - Qubadlının məhv edilən qəbiristanlığı - VİDEO

Qubadlıda ermənilərin tamamilə məhv etdiyi məzarlığın görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, görüntülər Qubadlı sakinləri tərəfindən sosial şəbəkədə paylaşılıb.

Çəkilişi aparan şəxs qeyd edir ki, əmisi işğaldan azad olunan Qubadlı rayonunda oğlunun məzarını ziyarət etməyə gedib. Amma getdiyi yerdə məzarlıqdan əsər-əlamət qalmadığını, qəbir daşlarının belə yoxa çıxdığının şahidi olub.

Sözügedən videonu təqdim edirik:

Qubadlıda ermənilərin məhv etdiyi məzarlıq

# 4143
avatar

Mehman Nəbiyev

Oxşar yazılar