ABŞ-ın Yuta ştatının sakini 56 yaşında oğluna surroqat ana olub və öz nəvəsindən hamilə qalıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Nensi Haak, oğlu Ceff və gəlini Kambriyanın illərdir sonsuzluqla mübarizə apardıqlarını və iki dəfə süni mayalanmaya müraciət etdiklərini, nəticədə cütlüyün dörd uşaq dünyaya gətirdiklərini açıqlayıb. Doğuşdan sonra yaranan ağırlaşmalara görə, Kambriyanın uşaqlığı çıxarılıb, buna görə də cütlük çox istəsələr də, başqa uşaq sahibi ola bilməyiblər.
Oğlunun və həyat yoldaşının çarəsizliyini görən Haak uşaqlarına surroqat ana olmağı təklif edib. Əvvəlcə qadın bunun yaşına görə mümkün olduğuna şübhə edib, lakin həkimlər müayinə keçiriblər və hamiləliyə heç bir əks göstəriş tapmayıblar. Nəticədə o, mayalanma üçün müraciət edib və may ayında hamilə olduğunu bilib.
“Ailəm üçün belə fədakarlıq etməyə hazır olan belə fədakar və mehriban anam olduğu üçün minnətdaram”, - Haakın oğlu deyib.