“Whatsapp”dan YENİLİK:   Nömrəni qeyd etmədən mesajlaşma mümkün olacaq
19 iyul 2023 10:02 (UTC +04:00)

“Whatsapp”dan YENİLİK: Nömrəni qeyd etmədən mesajlaşma mümkün olacaq

Dünyaca məşhur mesajlaşma proqramı “Whatsapp” daha bir yeniliyini təqdim edib.

Lent.az “WABetaInfo” portalına istinadən xəbər verir ki, artıq telefonun kontaktında nömrələri qeyd olunmayanlarla da ünsiyyət qurmaq mümkün olacaq.

Bu funksiya kontakta yeni nömrələr əlavə etməkdən xoşlanmayan istifadəçiləri sevindirəcək.

Messencerin yeni versiyasında sadəcə “Yeni söhbətə başla” seçimini seçmək və açılan pəncərədə onun nömrəsini daxil etməklə istədiyiniz şəxslə söhbətə başlaya bilərsiniz. Axtarış nəticələrində nömrələr görünəcək və həmin şəxsə mesaj yazmaq mümkün olacaq. 

Xatırladaq ki, əvvəllər “WhatsApp”da bir şəxslə yalnız onun nömrəsini kontakta əlavə etdikdən sonra söhbətə başlamaq mümkün idi. 

Yeni seçim “WhatsApp” proqramının Android və iOS üçün ən son versiyasında bütün istifadəçiləri üçün əlçatandır. 

# 3468
avatar

Sevinc Fərid

Oxşar yazılar