Whatsapp müxtəlif cihazlarda eyni hesabı işlədə biləcək? - YENİLİK
10 fevral 2021 10:08 (UTC +04:00)

Whatsapp müxtəlif cihazlarda eyni hesabı işlədə biləcək? - YENİLİK

WhatsApp-ın "2.21.30.16" iOS beta versiyası yayımlandı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, versiya uzun müddətdir inkişafda olan yeni nəsil çox cihaz dəstəyi üçün bir yenilik təqdim edib. Komanda yenilənmə ilə tətbiqlərə telefonlardan çıxmağınıza imkan verən “Çıxış et”düyməsini əlavə edib.

Çox cihaz dəstəyi üçün WhatsApp-a əlavə ediləcək “Çıxış et” düyməsi “Hesab Ayarları” menyusunda yerləşir. Bir istifadəçi əsas cihazından asılı olmayaraq istifadə edəcəyi WhatsApp hesabını istifadə etmək istəmədikdə, bu düyməni istifadə edərək müvafiq cihazdan çıxacaq. Bu şəkildə istifadəçilər hesablarının başqasının əlinə keçməsinin qarşısını alacaqlar.

WhatsApp uzun müddətdir yeni nəsil cihaz dəstəyi üzərində işləyir. Lakin bu işlərin nə vaxt başa çatacağı hələlik məlum deyil. Proqram təminatı qrupu son iOS beta versiyası ilə bir az daha irəli getdiyini açıq şəkildə göstərir, lakin funksiyanın bütün versiyalara çatması bir az daha uzun çəkəcəkdir. 

# 2364
avatar

Oxşar yazılar