“WhatsApp” hesabınızın   sındırıldığını necə bilmək olar?
14 iyun 2023 15:29 (UTC +04:00)

“WhatsApp” hesabınızın sındırıldığını necə bilmək olar?

“WhatsApp” hesabının sındırıldığını dəqiq müəyyən etmək mümkün deyil. Bununla belə, dolayı əlamətlərlə messencerdəki hesab məlumatlarının oğurlandığını təxmin etmək olar.

Lent.az xəbər verir ki, bununla bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Mariya Fesenko bir neçə məlumat yayıb. 

Belə ki, aşağıdakı əlamətlər hiss edilirsə, “WhatsApp” hesabı sındırılmış ola bilər. 

“Whatsapp” proqramı donması;

Tətbiqin təsadüfi yenidən yüklənməsi;

Müdaxilə və kənar zəng səsləri;

Artan internet trafiki;

Smartfonun batareyasının həddindən artıq xərclənməsi və həddindən artıq istiləşməsi.

Ekspertin sözlərinə görə, “WhatsApp” hesablarının sındırılmasına fişinq səhifələri vasitəsilə smartfonlara nüfuz edən zərərli proqramlar kömək edir.

"Potensial telefon dinləməsini dayandırmağın ən yaxşı yolu proqramı silmək və ümumiyyətlə həssas məlumatların sızması riskini minimuma endirməkdir",- deyə Fesenko bildirib. 

Ekspertin fikrincə, həm “WhatsApp” işçiləri, həm də rəhbərlik və hakerlər potensial olaraq messencer istifadəçilərinə casusluq edə bilərlər. Birinci halda, Fesenkonun fikrincə, müşahidənin qarşısını almaq demək olar ki, mümkün deyil. Bundan əlavə, əgər şəxs xüsusi xidmət orqanlarının və ya “superhakerlərin” hədəfinə çevrilibsə, özünüzü telefon dinləmələrindən qorumaq çətin olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13468

Oxşar yazılar

Ən etibarlı 10  Koreya avtomobili

Ən etibarlı 10 Koreya avtomobili

22 iyul 2025 , 12:04
Telefon şarj olmursa nə etməli?

Telefon şarj olmursa nə etməli?

22 iyul 2025 , 09:53
Avtomobildə  telefonu istidən  necə qorumaq olar? - Saxlamaq üçün ən yaxşı yerlər

Avtomobildə telefonu istidən necə qorumaq olar? - Saxlamaq üçün ən yaxşı yerlər

21 iyul 2025 , 13:53
2025-ci ilin ən yaxşı 10 ailə avtomobili  - SİYAHI

2025-ci ilin ən yaxşı 10 ailə avtomobili - SİYAHI

19 iyul 2025 , 14:05
Bu 7 mövzunu ChatGPT-yə qətiyyən demək olmaz

Bu 7 mövzunu ChatGPT-yə qətiyyən demək olmaz

19 iyul 2025 , 12:28
“Apple” ilk qatlana bilən “iPhone”  buraxır: daha ucuz olacaq

“Apple” ilk qatlana bilən “iPhone” buraxır: daha ucuz olacaq

18 iyul 2025 , 19:46
Ən problemli  5 avtomobil -  SİYAHI

Ən problemli 5 avtomobil - SİYAHI

17 iyul 2025 , 18:03
“Mercedes”in  ilk elektrikli   avtomobili

“Mercedes”in ilk elektrikli avtomobili

17 iyul 2025 , 14:11