"Watsapp"da  iki yeni   funksiya
21 iyun 2023 12:20 (UTC +04:00)

"Watsapp"da iki yeni funksiya

"Watsapp" tərtibatçıları messencerdə iki yeni faydalı funksiyanın istifadəyə verildiyini elan ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, istifadəyə verilmiş yeni funksiyalar messencerdə konfidensiallığı və təhlükəsizliyi yüksəltmək üçün nəzərdə tutulublar. Birinci funksiya messencer daxilində istifadəçinin tanımadığı nömrədən gələn zəng səsinin avtomatik şəkildə deaktiv edilməsidir. Bunun sayəsində istifadəçilər messencer daxilində daxil olan zəngələrin daha güclü idarəsinə sahib olacaqlar.

Bununla yanaşı sözügedən funksiya tanınmayan nömrələrdən, dələduzlardan gələn zənglərin və spamların avtomatik şəkildə filtr olunmasına imkan verəcək. Bu cür zənglərin səsləri avtomatik olaraq deaktiv edilsə də, onlar messencer daxilindəki zənglər bölməsində əks olunacaqlar. Bunun sayəsində istifadəçi zənglər arasında vacib olanlarının mövcud olub-olmadığını yoxlaya biləcək. İstifadəyə verilmiş ikinci funksiya isə konfidensiallığın yoxlanılması ilə əlaqədardır.

Bu funksiya konfidensiallıq ayarlarının mərhələli şəkildə yoxlanışı və istifadəçiyə uyğun olan təhlükəsizlik səviyyəsinin seçimi imkanlarını verir. Bu funksiyadan istifadə etmək üçün konfidensiallıq ayarlarında “Start checkup” düyməsinə klikləmək lazımdır. Yoxlama prosesi bir neçə mərhələdən ibarətdir və bəzi mərhələlərdə istifadəçi öz mesajları, zəngləri və özəl məlumatları üçün lazımi təhlükəsizlik səviyyəsini seçə bilər.

# 3663
avatar

Oxşar yazılar