“Twitter” istifadəçilərə ödəniş etməyə başlayır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin qaydalarına əsasən proqramda yalnız son üç ay ərzində beş milyon dəfədən çox baxılan paylaşımlarına ödəniş ediləcək.
“Twitter” sahibi İlon Mask bildirib ki, ödənişlərin birinci mərhələsi çərçivəsində istifadəçilər bu ilin fevral ayından etibarən ümumilikdə 5 milyon dollar əldə edəcəklər.
Qeyd edək ki, bəzi istifadəçilər ilk ödənişləri almağa başladıqlarını bildiriblər.