“Telegram”da  kamera və mikrofonu   aktivləşdirən boşluq aşkarlandı
17 may 2023 17:33 (UTC +04:00)

“Telegram”da kamera və mikrofonu aktivləşdirən boşluq aşkarlandı

“Telegram”da kamera və mikrofonu aktivləşdirən boşluq aşkar edilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Google” mühəndisi Dan Reva Teleqram messencerinin “macOS” üçün nəzərdə tutulmuş versiyasında cihazın sahibinin xəbəri olmadan kamera və mikrofonu aktivləşdirən təhlükəli boşluq təyin edib.  

Yaranan boşluq Teleqramın “macOS” versiyasına zərərli dinamik kitabxana (Dylib) yeritməyə, kamera tərəfindən çəkilmiş videonu yazmağa və qeydi gizli qovluqda saxlamağa imkan verir.

Bunun səbəbi Teleqram messencerinin “Apple”ın “Hardened Runtime” və “Entitlements” adlı daxili təhlükəsizlik mexanizmlərindən istifadə etməməsidir.

Həmçinin qeyd edilir ki, bu boşluq qismən “Apple”ın günahıdır. Çünki şirkət iOS proqramları üçün tələb olunsa da, “macOS” proqramları üçün Hardened Runtime tələb etmir.

Dan Reva bu problemin olduğunu hələ 2023-cü ilin fevralında Telegram rəhbərliyinə bildirsə də, hələ də cavab almayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2270

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48