Süni intellekt "Yer"dəki həyatı məhv edə bilər
18 may 2023 12:29 (UTC +04:00)

Süni intellekt "Yer"dəki həyatı məhv edə bilər

Milyarder iş adamı İlon Mask hesab edir ki, süni intellektin (AI) inkişafı plana uyğun getməsə, bəşəriyyət məhv ola bilər.

Lent.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

"Tesla"nın 51 yaşlı CEO-su bu günlərdə texnologiyanın inkişafından narahatdır. Maskın fikrincə, texnoloji “sıçrayış”ının həyatımızı ciddi şəkildə yaxşılaşdıracağı və bizə bolluq erası verəcəyi ehtimalı güclüdür.

Eyni zamanda, o, "nəyinsə səhv gedəcəyini və insanlığı məhv edəcəyini" istisna etmir. İş adamı “iki ağızlı qılınc” adlandırdığı yeni texnologiyalar kontekstində gələcəyi proqnozlaşdırmağın nə qədər çətin olduğunu vurğulayıb:

“Ümid edirəm ki, bu şans kiçikdir, amma sıfır deyil. Ona görə də mən hesab edirəm ki, biz süni intellektdə nəyinsə səhv getməsi şansını minimuma endirmək üçün ağlımıza gələn hər hansı tədbiri görmək istəyirik”.

Qeyd edək ki, Mask "OpenAI"nin həmtəsisçisi olub və əvvəlcə süni intellekt texnologiyalarının cəmiyyətə tətbiqinin tərəfdarı olub. Lakin zaman keçdikcə o, şirkəti tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2486

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48