Süni intellekt TikTok  və Twitch  dünyasını dəyişir — Amazon məhkəməyə verildi
27 avqust 2026 02:33 (UTC +04:00)

Süni intellekt TikTokTwitch dünyasını dəyişir — Amazon məhkəməyə verildi

0

Amazon şirkəti süni intellekt modellərinin hazırlanması zamanı Twitch platformasındakı videolardan istifadə ilə bağlı məhkəmə iddiası ilə üzləşib.

Lent.az xəbər verir ki, bu barədə Vogue Business məlumat yayıb.

İddiada Twitch yaradıcılarının videolarının onların icazəsi və ya kompensasiya olmadan süni intellekt sistemlərinin təlimində istifadə edildiyi bildirilir. Twitch platformasında 2026-cı ilin ilk aylarında yüz milyonlarla saatlıq məzmun yaradıldığı qeyd olunur.

Məsələ süni intellekt şirkətləri ilə kontent yaradıcıları arasında getdikcə böyüyən hüquqi mübahisənin yeni nümunəsidir. Əsas suallardan biri müəllif hüquqları ilə qorunan məzmunun AI modellərinin hazırlanması üçün hansı şərtlərlə istifadə edilə biləcəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar