Soyuqda smartfonun enerjinin azalmasının səbəbləri açıqlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, temperatur aşağı düşdükcə elektrolitdə ionların hərəkət sürəti azalır, kimyəvi reaksiyalar ləngiyir.
Smartfon aşağı temperatura məruz qaldıqda enerjisinin 20%-ni itirə bilir.
Şaxtadan dərhal sonra telefonun enerjisini doldurmaq mümkün deyil. Smartfonun batareyası otaq temperaturuna qədər istiləşməlidir.