“Samsung daltonik istifadəçilər üçün yeni “SeeColors” rejimini təqdim edib.
Lent.az xəbər verir ki, yeni xüsusiyyət rəng korluğu olan istifadəçilərə daha asan baxış təcrübəsi üçün ekran parametrlərini tənzimləməyə kömək edir.
“SeeColors” rejimi Neo QLED, QLED, OLED, Smart Monitor və G95SC oyun monitoru da daxil olmaqla şirkətin bütün 2023 TV və monitor seriyasında mövcud olacaq.
“SeeColors” rejimi rəng görmə pozğunluğunun dərəcəsini və ya növünü nəzərə alan doqquz əvvəlcədən quraşdırılımış şəkil parametrləri seçimini də təklif edir. Onlar qırmızı, yaşıl və mavi rənglərin səviyyəsini tənzimləməyə imkan verir. Artıq istifadəçilər onları ekranda asanlıqla ayırd edə biləcəklər.
İlk dəfə 2017-ci ildə müstəqil proqram kimi buraxılan “SeeColors” rejimi ÜÇH olan insanlara ekrandakı təsviri tam qavramağa kömək edirdi. İndi bu funksiya istifadəçilər üçün daha da əlçatan olub. O, televizorların və monitorların əlçatanlıq menyusuna inteqrasiya olunub. Artıq 2023 modelləri almış istifadəçilər menyuya “SeeColors” rejimi əlavə etmək üçün proqramı yeniləyə bilərlər.