“Samsung” yeni televizor təqdim etdi – 100 min dollar
25 iyul 2023 15:16 (UTC +04:00)

“Samsung” yeni televizor təqdim etdi – 100 min dollar

“Samsung” şirkəti 130 milyon von (101 457 dollar) dəyərində 89 düymlük MicroLED televizorunu təqdim edib.

Lent.az xəbər verir ki, yeni televizor yüksək səviyyədə etibarlılıq, səmərəlilik və performans təmin etmək üçün innovativ MicroLED texnologiyasına malikdir.

Ekranda 20 milyondan çox mikro-LED, HDR10 və HDR10+ formatları dəstəklənir və maksimum parlaqlıq 2000 cd/m2 təşkil edir. Televizor Micro AI prosessoru ilə təchiz olunub.

Bundan əlavə, yeni “Samsung” televizorunda Dolby Atmos dəstəyi ilə quraşdırılmış 100W 6.2.2 audio sistemi, audio və video sinxronizasiyası üçün OTS Pro texnologiyası, səsin ağıllı tənzimlənməsi üçün AVA texnologiyası, televizor və stereo səsi ahəngdar şəkildə birləşdirən Q-simfoniya var.

“Samsung Electronics” Koreya şirkətinin vitse-prezidenti Taehvan Hvan MicroLED seriyasını 76 düym, 101 düym və 114 düymlük modellərlə genişləndirməyi planlaşdırdığını da açıqlayıb. Bu opsionların buraxılış tarixi və ya qiyməti barədə isə hələlik məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4659
avatar

Sevinc Fərid

Oxşar yazılar