Qiymətli və keyfiyyətli   ən yaxşı “iPhone” modeli
08 avqust 2023 16:10 (UTC +04:00)

Qiymətli və keyfiyyətli ən yaxşı “iPhone” modeli

Qiymət və keyfiyyət baxımından bu günə qədər ən yaxşı “iPhone” modeli açıqlanıb.

Lent.az “9To5Mac”a istinadən xəbər verir ki, bu “iPhone 11 Pro Max” smartfonudur. Həm iş, həm oyun, həm də çəkiliş baxımından optimaldır.

“Apple”ın 2019-cu ildə satışa çıxardığı telefon ideal ölçülərə malikdir.  6,5 düymlük OLED displey böyük olsa da, “14 Pro Max” kimi hədsiz dərəcədə böyük deyil. Bildirilir ki, hazırkı “iPhone”ları korpussuz saxlamaq çox əlverişsizdir.

“iPhone 11 Pro Max” Face ID, hər biri 12 meqapiksel linzaları olan çox gözəl əsas kamera, gecə rejimi və gündə bir dəfədən az doldurulmalı olan batareya da təklif edir.

 

# 3165
avatar

Sevinc Fərid

Oxşar yazılar