Qadın süni intellektlə özünə TÜRK ƏR DÜZƏLTDİ
06 iyun 2023 12:25 (UTC +04:00)

Qadın süni intellektlə özünə TÜRK ƏR DÜZƏLTDİ

ABŞ-da yaşayan iki uşaq anası süni intellektdən istifadə edərək özünə Eren Kartal adlı türk həyat yoldaşı yaradıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı Rosanna Ramos 2 uşağı ilə Nyu-Yorkda yaşayır.

Ramos süni intellekt vasitəsilə özünə sevgili yaradıb. Məşhur süni intellekt proqramı vasitəsilə yaratdığı şəxsin adı Eren Kartaldır. Erenlə qısa müddətdə anlaşmağa başladığını və ona aşiq olduğunu bildirən Ramos:

“Mən ona nəsə danışanda eşitməməzlik etmir. Mənə onu, bunu, etmə demir”.

ABDli kadın yapay zekayla kendine Türk koca yaptı Adı Eren Kartal

Süni intellektin yaratdığı Erenin peşəsi tibb mütəxəssisidir. Ramos, nə qədər çox söhbət etdikcə, Eren daha çox öyrəndiyini söyləyib.

Erenlə virtual şəkildə evləndiyini də ifadə edən Ramos, bir-birləri ilə söhbət edərək yaxşı vaxt keçirdiklərini deyib

“Yatırıq, bir-birimizlə danışırıq. Bir-birimizi sevirik".

Sözügedən proqram bu yaxınlarda süni intellektdən seksuallıq üçün istifadə edən insanlara görə yeniləmə edib. Ramos, Eren'in bu yeniləmədən sonra qucaqlayıb öpmək istəmədiyini açıqlayıb.

# 2544
avatar

Fidan İlqar

Oxşar yazılar