"Nokia" özünü təmir edən smartfon TƏQDİM ETDİ
01 iyul 2023 12:57 (UTC +04:00)

"Nokia" özünü təmir edən smartfon TƏQDİM ETDİ

"Nokia" özünü təmir etmək üçün uyğunlaşdırılmış ilk 5G smartfonunu təqdim edib.

Lent.az xəbər verir ki, bu barədə “PhoneArena” nəşri məlumat yayıb.

Məlumata görə, yüksək səviyyədə dözümlülüklə buraxılmış "Nokia G42 5G" cihazı fərqli xüsusiyyəti ilə yenilənib. Cihaz batareyaya və digər komponentlərə sürətli çıxışı olan modul dizayn alıb. Bir nasazlıq halında, istifadəçi ehtiyat hissələri satın ala və zədələnmiş hissələri evdə dəyişdirə bilər. "Nokia G42"ni özünə xidmət üçün nəzərdə tutulmuş ilk 5G smartfonu olduğu açıqlanıb.

Qeyd olunub ki, istehlakçılar alətləri və hissələri təmirini "iFixit" tərəfdaşının saytından əldə edə bilərlər. Beləliklə, istifadəçilərin displey, akkumulyator, doldurma portunu müstəqil şəkildə əvəz etmək imkanları olacaq. "Nokia G42" həmçinin təhlükəsizlik yeniləmələri ilə əlavə dəstək alacaq.

Cihaz 6,56 düymlük IPS ekran və Snapdragon 480+ prosessoru ilə çıxıb. Telefonun 4 giqabayt operativ yaddaşı və 128 giqabayt daxili yaddaşı var. 50, 2 və 2 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera alıb. 5000 milliamper-saatlıq batareya ilə təchiz edilib. Nokia G42-nin qiyməti 249 avro (təxminən 461 manat) təşkil edib.

# 5970
avatar

Fidan İlqar

Oxşar yazılar