Niyə telefonda mobil interneti  söndürmək lazımdır?
07 mart 2023 15:16 (UTC +04:00)

Niyə telefonda mobil interneti söndürmək lazımdır?

Müasir dünyada sosial şəbəkələrdə daimi olaraq onlayn olmaq çox vacibdir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mobil internet telefonlarda həmişə aktivləşdirilən əsas funksiyalardan biri olub. 

Məlumata görə, internetin smartfonlarda daimi olaraq aktiv işləməsi düzgün deyil. Çünki mobil internet enerjini azaldan əsas faktorlardan biridir. Şarjınız azdırsa, mütləq interneti söndürün. 

Bununla yanaşı, cihaz vaxtaşırı yeniləmələr tələb edir. Bu zaman mobil internet açıqdırsa, təəssüf ki, o sürətli şəkildə azalmağa başlayacaq. Vacib anlarda bu vəziyyət sizi çətinliyə sala bilər. 

Mobil internet həmçinin telefonların tez sıradan çıxmasına da şərait yaradır. Çalışıb onu fasilələrlə deaktiv edin.  


 

# 3660
avatar

Sevinc Fərid

Oxşar yazılar