Nərgizgülü inəklərin yeminə qatılsa bu nəticə olar
17 iyul 2023 22:54 (UTC +04:00)

Nərgizgülü inəklərin yeminə qatılsa bu nəticə olar

Bu yaxınlarda aparılmış tədqiqatlar göstərib ki, dağlarda yetişən nərgizgülü inəklərin yeminə qatıldığı təqdirdə onlar atmosferə daha az metan buraxacaqlar.

Lent.az Euronews kanalına istinadla xəbər verir ki, Uelsdəkı Blek-Mauntins dağlarında qeyri-adi sahələr var. Burada böyük yüksəklikdə nərgizgülü yetişdirilir. Bu güllər Alzheymer xəstəliyinə qarşı dərmanlarda istifadə olunan maddəni ifraz edir.

Lakin bu hələ son deyil. Bu yaxınlarda aparılmış tədqiqatlar göstərib ki, dağlarda yetişdirilmiş nərgizgülü inəklərin yeminə qatıldıqda atmosferə daha az metan buraxılmasını təmin etmək qabiliyyətinə malikdir.

Lakin dağların zirvələrində bu güllərin yetişdirilməsi asan iş deyil.

“Biz burada nərgizgülünü yetişdirməyə çalışdığımız zaman müəyyən etdik ki, bu sahədə onilliklər ərzində tətbiq edilmiş bütün ənənəvi üsullar işləmir. Nəticədə, biz bütün qaydalardan imtina etməyə və prosesi əvvəldən axıra qədər tamamilə yenidən dərk etməyə məcbur olduq", — deyə “Agroceutical” şirkətinin fermeri və sahibi Kevin Stivens bildirib.

Nərgizgülü demək olar ki, Uelsin sinonimi, bu ölkənin milli gülüdür. Lakin Blek-Mauntins onu tapmaq üçün axtardığınız son yerdir. Onu burada yetişdirməyin çətin olmasına baxmayaraq, yerli şərait metanın tullantılarının azalmasına kömək edən ən mühüm birləşmə olan qalantaminin istehsalı üçün ideal şəkildə əlverişlidir.

“Tez bir zamanda aydın oldu ki, nərgizgülü çox güclü bioaktiv maddələrlə zəngindir”, — deyə Kevin Stivens əlavə edir.

İnəklər və digər kənd təsərrüfatı heyvanları atmosferə antropogen tullantılarının təxminən 14 faizini ifraz edirlər.

Alimlər ümid edirlər ki, nərgizgülünün cövhəri həm tullantıları azaldacaq, həm də heyvanların həzm sistemini daha effektiv edəcək.

“Biz həmçinin zülalın utilizasiyasında yaxşılaşma görəcəyimizi gözləyirik. Yəni biz heyvanların rasionunu tədqiq etməyə başlaya və ola bilsin ki, onların aldığı zülalın miqdarını azalda bilərik, çünki onlar yemdən daha çox götürə bilərlər. Bu da, bu əlavənin çox perspektivli üstünlüyüdür”, — deyə “Rumenco” şirkətindən doktor Elison hesab edir.

İndi Böyük Britaniya hökuməti uğurla keçdiyi təqdirdə uzadıla biləcək dördillik sınaq müddətini dəstəkləyir.

"İndi qarşımızda inanılmaz bir vəziyyət yaranıb. Nərgizgülünün dünyanı müxtəlif səviyyələrdə dəyişdirmək üçün malik olduğu potensialı eyni zamanda həm həyəcanlandırır, həm də çox qorxudur", - deyə Kevin Stivens vurğulayır. Nərgizgülü iqlim dəyişikliyi problemini bütövlükdə tam olaraq həll etməsə də, sınaqların uğurlu olacağı təqdirdə, istixana qazı tullantıları azalacaq, bu da qlobal istiləşmə sürətini yavaşlatmağa kömək edəcək.

# 4164
avatar

Oxşar yazılar