NASA təcrübəsi kosmosda təhlükəli hadisəyə  səbəb oldu
10 avqust 2023 09:41 (UTC +04:00)

NASA təcrübəsi kosmosda təhlükəli hadisəyə səbəb oldu

NASA-nın təcrübəsi zamanı kosmosda təhlükəli hadisə yaşanıb.

Lent.az “Dailymail”a istinadən xəbər verir ki, asteroidlərin yönləndirilməsi texnologiyasının istifadəsi üzrə eksperimentlər zamanı agentlik təsadüfən uçan obyekti çoxlu dağıntılara bölüb.

Alimlər bunun insanlar üçün nə qədər təhlükəli olduğunu açıqlayıblar.

Double Asteroid Redirection Test (DART) kimi tanınan bu missiya Yerə yaxınlaşan obyektin trayektoriyasını dəyişdirmək üçün həyata keçirilib. Hədəf asteroid “Didima” adlı başqa potensial təhlükəli obyektin yaxınlığında hərəkət edən “Dimorfos” idi.

NASA asteroidin istiqamətini dəyişdirərək məqsədinə uğurla nail olub. Ancaq kiçik bir problem yaranıb. Belə ki, manevr prosesində o, 37 hissəyə bölünüb. Yaranan dağıntıların bəzilərinin uzunluğu 6,7 metrə olub. Hətta daha kiçik fraqmentlər Yerin səthinə düşsələr, ciddi nəticələrə səbəb ola bilər.

Mütəxəssislər hətta 4,5 metr uzunluğunda bir daşın belə Xirosimadakı nüvə partlayışı qədər ölümcül ola biləcəyini vurğulayıb.

Bu cür obyektlər Yerə saatda 20 min kilometrdən çox sürətlə düşəndə, planetdə əhəmiyyətli dağıntılara səbəb ola biləcək böyük miqdarda enerji ayrılır.

Xoşbəxtlikdən, bu vəziyyətdə fraqmentlərin traektoriyası belə bir toqquşma ehtimalını yox edir. Buna baxmayaraq, gələcəkdə kosmik obyektlərə təsirlə bağlı missiyalar planlaşdırılarkən belə bir ehtimal nəzərə alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3483
avatar

Sevinc Fərid

Oxşar yazılar