Müxtəlif smartfonlar üçün bir şarj cihazı  istifadə etmək olarmı? - CAVAB
03 iyun 2025 14:40 (UTC +04:00)

Müxtəlif smartfonlar üçün bir şarj cihazı istifadə etmək olarmı? - CAVAB

Yəqin ki, bir çoxları belə bir faktı müşahidə edib. Son zamanlar smartfon istehsalçılarının əksəriyyəti artıq telefon qutularına şarj cihazı əlavə etmir. Bu o deməkdir ki, telefona zəruri olan orijinal şarj cihazını əlavə olaraq özünüz almalısınız.

Bəs evdə köhnə bir şarj cihazınız varsa, onu istifadə etmək olarmı?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə mütəxəssislərin fikri müsbət istiqamətdədir:

“Bir şarj cihazı ilə müxtəlif smartfonlara enerji vermək olar. Doğrudur, bu yalnız o halda mümkündür ki, aksesuar etibarlı və keyfiyyətli olsun.

Bundan əlavə, bu gün bir neçə USB portu olan şarj cihazları da mövcuddur. Onlar məhz bir neçə cihazı eyni vaxtda şarj etmək üçün nəzərdə tutulub.

Kabel məsələsinə gəlincə, telefonunuz üçün orijinal kabeldən istifadə etmək ən optimal variantdır. Əgər belə bir imkan yoxdursa, şarj cihazı və kabel alarkən mütəxəssislə məsləhətləşmək lazımdır ki, onlar sizin model üçün uyğun olub-olmadığını təsdiqləsin”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar