Yeni peyk məlumatları Marsdakı Olimp dağının bir vaxtlar okeanla həmsərhəd olduğunu göstərir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Avropa Kosmik Agentliyinin tədqiqatçıları məlumat verib.
Olimp dağının hündürlüyü 21 km-dən çoxdur ki, bu da onu Günəş sistemindəki ən yüksək zirvə və ən yüksək vulkan edir.
AKA alimləri Olimp dağının yamaclarının peyk şəkillərində vulkanik lavanın su ilə toqquşması zamanı baş verən xarakterik izləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, bu proseslər vulkanın ətəyindən 1000 km-dən çox uzanan nəhəng sürüşmələrə səbəb olub. Oxşar kataklizmlər yüz milyonlarla il əvvəl qonşu planetdə baş verib.
Tədqiqatçılar oxşar proseslərin daha kiçik miqyasda da olsa, Yer kürəsində baş verdiyini qeyd ediblər. Havay və Kanar adalarında vulkanik sürüşmə həmçinin qaya çökmələrinin izlərinə rast gəlmək olar.
AKA-nın tapıntıları uzaq keçmişdə Olimp dağının vulkanik ada olduğunu irəli sürən Paris-Saklay Universitetinin fransız alimlərinin fərziyyəsini təsdiqləyir. Mütəxəssislərin fikrincə, dağın yamaclarının forması burada vaxtilə sahil xəttinin keçdiyini göstərə bilər. Elmi iş “Earth and Planetary Science Letters” jurnalında dərc olunub.