Lenovo "böyüyən" ekranı olan  dünyanın ilk noutbukunu   buraxacaq – İlk FOTO
27 dekabr 2024 14:41 (UTC +04:00)

Lenovo "böyüyən" ekranı olan dünyanın ilk noutbukunu buraxacaq – İlk FOTO

2023-cü ildə sürüşən ekranlı noutbuk konseptini təqdim edən Lenovo, çox yaxında birini satışa çıxara bilər. 

Lent.az bildirir ki, bu barədə “The Verge” Evan Blassın fikirlərinə və təsvrlərinə istinad edərək yazır.

Onun məlumatına görə, 6-cı nəsil ThinkBook Plus 2025-ci ilin yanvar ayının əvvəlində CES sərgisində təqdim olunacaq. Əgər məlumat təsdiqlənərsə, noutbuk gələn ilin ən maraqlı məhsullarından birinə çevrilə bilər.

Fotolara əsasən, qatlanmış rejimdə olan ThinkBook Plus slider noutbuku klassik müasir noutbuklardan çox da fərqlənməyəcək. Lakin istifadəçiyə daha böyük ekran lazım olarsa, noutbukun xüsusi dizaynı sayəsində onu əldə edə bilər.

Fotolar çoxlu tapşırıqlar üçün daha böyük displeydən necə istifadə edə biləcəyinizi göstərir: məsələn, aşağıda YouTube videolarına baxmaq və yuxarıda mətn işi və ya proqramlaşdırma ilə məşğul olmaq.

Lenovo müxtəlif forma faktorları ilə fəal şəkildə təcrübə aparır. Əvvəllər şirkət iki displeyli şəffaf noutbuk konseptini nümayiş etdirmişdi. Biz həmçinin açıla bilən displeyli noutbuku da görmüşük.

Bu arada, Apple özü üçün tamamilə qeyri-adi formatda qadceti - qatlanan planşet buraxmağı planlaşdırır. İnsayderlər cihazı "yan-yana iki iPad Pro-nun ölçüsünə qədər genişlənən nəhəng iPad" kimi təsvir edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035
avatar

Oxşar yazılar