Kosmik tullantılar Yerə düşərək insanlara zərər verə bilər - XƏBƏRDARLIQ
08 may 2023 22:03 (UTC +04:00)

Kosmik tullantılar Yerə düşərək insanlara zərər verə bilər - XƏBƏRDARLIQ

Alimlərin apardıqları yeni tədqiqatlar Yerin orbitində NASA-nın, habelə Rusiya və Çinin peyk və raket hissələri, hətta ötən əsrdən qalmış SSRİ-nin kosmik zondlarının parçalarını “saatlı bomba” adlandırıb və iddia ediblər ki, onlar hər an planetimizin üzərinə düşə bilər.

Lent.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən “LeoLabs” texnologiya şirkəti kosmik tullantıların miqyasını ortaya çıxarıb. Ekspertlər qeyd ediblər ki, 75 ildir kosmosa göndərilən gəmi, peyk və aparatların qalıqları artıq orbitin ətrafında tıxac yaradıb. Son illər amerikalı milyarderlər İlon Mask və Ceff Bezosun kosmik fəzaya göndərdikləri peyklər vəziyyəti daha da ağırlaşdırıb. Yerin aşağı orbitini izləmək üçün Alyaska, Texas, Yeni Zelandiya və Kosta-Rikada radarlar quraşdıran “LeoLabs”ın mütəxəssisləri müəyyən ediblər ki, kosmik tullantıların böyük bir hissəsi ABŞ-a məxsusdur. Belə ki, Birləşmiş Ştatların kosmosda 8 min 497 tullantısı var. Sonrakı yerlərdə Rusiya və Çin gəlir. Bu ölkələrin hər birinin kosmik fəzada 4 mindən çox tullantısı mövcuddur.

ABŞ-ın Harvard-Smitsonian Astrofizika Mərkəzinin alimi Conatan MakDouel xəbərdarlıq edib ki, getdikcə artan kosmik tullantılar bir-biri ilə çarpışaraq partlaya və Yerə düşərək insanlara zərər verə bilər. O əlavə edib ki, bu məsələ kosmosa raket və peyk göndərən ölkələr tərəfindən müzakirə edilməli və uyğun tədbirlər görülməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3190

Oxşar yazılar

Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45
İşlənmiş ən etibarlı  9 Kia avtomobili - SİYAHI

İşlənmiş ən etibarlı 9 Kia avtomobili - SİYAHI

3 may 2025 , 14:07