Kosmik şirkətdən əksəriyyəti təəccübləndirən addım: 2 neft buruğu aldı
21 yanvar 2021 19:52 (UTC +04:00)

Kosmik şirkətdən əksəriyyəti təəccübləndirən addım: 2 neft buruğu aldı

“SpaceX” şirkəti “Starship” kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzən platformaların sıfırdan hazırlanması ideyasından imtina edib. 

Lent.az “CNBC” portalına istinadən xəbər verir ki, sözügedən kosmik şirkəti bunun qarşılığında ABŞ-ın Texas ştatında yerləşən 2 ədəd neft buruğu alıb. 

Buruqlardan birinə “Deimos”, digəri isə “Phobos” adı verilib. Buruqların hər birinin qiyməti 3.5 milyon dollardır.  

“SpaceX” rəsmiləri hələlik bu məsələ ilə bağlı bir fikir bildirməyib.

Şirkətin bu addımı çoxlarını təəccübləndirsə də, ehtimal edilir ki, neft buruqlarını raketlər üçün uçuş kosmodromuna çevriləcəklər. Digər tərəfdən neft buruqlarının hazır şəkildə alınması maliyyə məsələləri ilə də bağlı ola bilər. Çünki, üzən kosmodromların sıfırdan hazırlanması daha çox vəsait tələb edir. 

Məlumat üçün bildirək ki, keçən ilin yayında “Crew Dragon” sərnişin kapsulu uğurlu şəkildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriləndən sonra Elon Mask öz əməkdaşları qarşısına yeni məqsəd qoymuşdu. Söhbət, yüzlərlə insanı Aya və Marsa çatdıra biləcək çoxistifadəli “Starship” raketinin hazırlanmasından gedir. Bu, “SpaceX”ın 18 illik fəaliyyətinin kulminasiya nöqtəsi olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3450
avatar

Rəsul SARI

Oxşar yazılar