Ultrabənövşəyi şüalanma qurğusu
06 aprel 2021 19:52 (UTC +04:00)

Ultrabənövşəyi şüalanma qurğusu

Koronavirusu məhv edən ROBOT YARADILDI

İsveçrədə ultrabənövşəyi şüalanma vasitəsilə bütün mikrobları məhv edən aparat ixtira olunub. Çoxları onu koronavirusu məhv edən robot adlandırır.
 
Lent.az "ICTnews"a istinadən xəbər verir ki, əslində aparat təyyarə salonlarının təmizlənilməsi üçün nəzərdə tutulub. 

Bu qurğu ilə bir hava gəmisinin dezinfeksiyasına təxminən 13 dəqiqə tələb olunur. 

Prosesdə hər şey avtomatlaşdırıldığından insanla təmas mövcud deyil. Hazırda sonuncu sınaqlar keçirilir. İstehsalçılar şüalanmanın oturacaqları korlamadığına əmin olmaq istəyirlər.
 
"Biz aparatı işə salaraq onu təyyarədə qoyuruq. O, dezinfeksiya aparır və iş başa çatdıqdan sonra avtomatik dayanır. İnsan və texnika arasında təmas olmur. Səyahətçilər üçün əhəmiyyətli olan odur ki, kreslolarda kimyəvi maddələrin izi qalmasın, daxildə tam təmizlikdir", – tərtibatçı şirkətin həmtəsisçisi Codok Elmiger bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4095
avatar

Oxşar yazılar