Kompüteri söndürmədən  hər gün istifadə etsək nə olar?
31 may 2025 18:41 (UTC +04:00)

Kompüteri söndürmədən hər gün istifadə etsək nə olar?

Noutbuku söndürmədən hər gün istifadə etmək sözdə rahat görünür. Noutbukun qapağını bağladın, səhər açdın və iş davam edir. Heç bir yükləmə yoxdur, bütün fayllar yerindədir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, noutbuku illərlə söndürməmək vərdişi gizli aşınmaya gətirib çıxarır.

Batareya qızaraq, partlayır

Burada əsas problem həddindən artıq qızmadır. Hətta yuxu rejimində və ya boş dayanarkən belə sistem istilik yayır. İçəridə yığılan toz prosessor, videokart, çipset kimi vacib komponentlərin üzərində qalın qat yaradır. Ventilyatorlar bu qatı aşmaq üçün daha intensiv və tez-tez işləməyə məcbur olur. Lakin onların ömrü də məhduddur.

Davamlı yük rulmanların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur və xoşagəlməz uğultu, cırıltı, daha sonra isə tam dayanma baş verir. Soyutma olmadıqda prosessor və videokartın temperaturu kritik səviyyəyə yüksəlir. Bu, istilik boğulmasına səbəb olur. Sistem yanmamaq üçün süni şəkildə öz məhsuldarlığını azaldır. Noutbuk adi tapşırıqlarda belə dəhşətli dərəcədə ləng işləməyə başlayır.

Daha pisi isə, davamlı qızma sistem platasının və qrafik çipin üzərindəki mikroskopik kontaktları sözün əsl mənasında “bişirir”. Mikroskopik çatlar yaranır, birləşmələr pozulur. Bu isə təsadüfi donmalar, “mavi ölüm ekranları” və nəticədə baha başa gələn təmirə və ya system platasının məhvinə gətirib çıxarır.

Batareya isə fəlakətli dərəcədə zərər görür. Hətta noutbuk şəbəkəyə qoşulu və batareya “istifadə olunmur” görünsə belə, o, azacıq gərginlik altında və istidə qalır.

Zədələnən batarerya ilə bir ildən bir il yarıma qədər 5-6 saatlıq avtonom işi,  30-40 dəqiqəlik zəif işləmə sürəti ilə görür.
İşin sürəti azalır

Əməliyyat sistemi və proqramlar aylarla fasiləsiz iş üçün nəzərdə tutulmayıb. Müvəqqəti fayl qalıqları, yaddaş səhvləri, resurs sızmaları toplanaraq işin sürətini azaldır.

Enerji sərfi, yuxu rejimində belə az olsa da, illərlə davam etdikdə elektrik hesablarında nəzərəçarpacaq məbləğ yaradır.

Təhlükəsizlik risk altındadır

İzlənilməyən və qoşulu vəziyyətdə buraxılmış noutbuk (hətta evdə) hakerlər üçün cəlbedici hədəfdir, xüsusilə də o, şəbəkəyə qoşulubsa. Həddindən artıq qızma və ya nasaz batareya səbəbindən yanğın riski, minimal olsa da, mövcuddur.

Noutbuku tamamilə söndürmək (heç olmasa 1-2 gündən bir) və ya hibernasiya rejimindən istifadə etmək (bu zaman sistemin vəziyyəti diskin üzərinə yazılır və enerji tamamilə kəsilir) – kapriz deyil, zərurətdir. Bu, “dəmir”ə istirahət verir, sistemin “təmizlik” aparmasına imkan yaradır, batareyanı qoruyur.

Noutbukunuzu həddindən artıq qızdırmaqla səssiz şəkildə vaxtından əvvəl onu məhvə aparmayın, söndürün.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar