İyun ayında smartfon bazarında bir sıra mühüm təqdimatlar gözlənilir.
Lent.az xəbər verir ki, ən diqqətçəkən modellər arasında Xiaomi 17T, Motorola Edge 70 Pro+, OnePlus 15s, iQOO Z11 və Redmi Turbo 5 yer alır.
Xiaomi 17T və Motorola Edge 70 Pro+ modellərinin iyunun 4-də təqdim olunacağı bildirilir. Xiaomi 17T 6500 mAh batareya və 50 MP periskop kamera, Motorola Edge 70 Pro+ isə 7000 mAh batareya və üç 50 MP kamera ilə təchiz ediləcək.
OnePlus 15s modelinin Snapdragon 8 Elite Gen 5 prosessoru və 7500 mAh batareya ilə qlobal bazara çıxacağı gözlənilir. iQOO Z11 isə 9020 mAh həcmli batareyası ilə diqqət çəkir.
İyunun 10-da təqdim olunması gözlənilən Redmi Turbo 5 modeli isə 7560 mAh batareya və 100 Vt sürətli enerji doldurma dəstəyi ilə gələcək.
Bundan başqa, iyun ayında Samsung, Oppo, Vivo, Motorola və Infinix şirkətlərinin də yeni smartfonlarını təqdim etməsi gözlənilir. Mənbələrə görə, bu ay əsasən orta seqment və münasib qiymətli modellərlə yadda qalacaq.