"iPhone"da bəzi fotoşəkilləri göndərmək ÇƏTİNLƏŞDİ
07 iyun 2023 01:39 (UTC +04:00)

"iPhone"da bəzi fotoşəkilləri göndərmək ÇƏTİNLƏŞDİ

“iPhone” istifadəçiləri üçün bəzi fotoları göndərmək çətinləşir.

Lent.az xəbər verir ki, “Apple Communication Safety” funksiyasından istifadə edərək açıq-saçıq fotolar göndərmək çətinləşəcək.

Bu, smartfonlarında iOS 17 mobil əməliyyat sisteminin yeni versiyasının təqdim edilməsi ilə mümkün olub.

iOS 17 həmçinin "AirDrop", "FaceTime" vasitəsilə göndərilən intim fotolardan və Fotolar proqramında şəkillər oaln hissədə qorunma təmin edəcək.

Eyni zamanda, yeni versiyada statik təsvirlərlə yanaşı, sistem çılpaq bədənin olan videoları da skan edə biləcək.

“Eyni zamanda, bütün şəkillərin və videoların işlənməsi birbaşa cihazın özündə baş verəcək, bütün məlumatların, hətta “Apple”dan da məxfiliyini təmin edəcək”.

 

# 2031
avatar

Oxşar yazılar