"İphone" istifadəçilərinə ŞAD XƏBƏR
29 mart 2023 10:51 (UTC +04:00)

"İphone" istifadəçilərinə ŞAD XƏBƏR

Bir neçə müddət bundan öncə "Bloomberg" saytının analitiki Mark Gurman bu il istifadəyə veriləcək "iOS 17" əməliyyyat sistemində ciddi dəyişiklər gözləməyin lazım olmadığını bildirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin onun verdiyi yeni məlumata əsasən "iOS 17" istifadəçilərin çoxdan gözlədikləri bəzi faydalı funksiyaları əldə edəcək.

Onun sözlərinə görə, "Apple" şirkəti "iOS 17" üzərində çalışmağa başlayan zaman o öz diqqətini yeni əməliyyat sisteminin performansının artırılmasına və "iOS 16"dakı səhvlərin yeni əməliyyat sistemində baş verməsinin qarşısını almağa yönləndirib.

Lakin daha sonra şirkət "iOS 17"də böyük dəyişikliklərin əvəzinə istifadəçilərin çoxdan gözlədikləri bəzi faydalı funksiyaları reallaşdırmaq qərarına gəlib. Gurman "iOS 17"də hansı yeni funksiyaların istifadəyə veriləcəyini açıqlamayıb. Ola bilər ki, Apple "iOS 17"də kənar tətbiq mağazalarının dəstəyini reallaşdırsın. Bu halda istifadəçilər artıq "App Store" platformasına bağlı olmayacaqlar.

Qeyd etmək lazımdır ki, "iOS 17"nin təqdimatı iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində baş tutmalıdır.

# 2361
avatar

Fidan İlqar

Oxşar yazılar