Telefonlarda internet açılmasa belə, sahibinə “casusluq” edilə bilər.
Lent.az xəbər verir ki, bu barədə müasir smartfonlar yer məlumatları, çəkilmiş fotoşəkillər haqqında məlumat toplanır.
İnternetin olmaması bu məlumatların təhlükəsizliyinə zəmanət vermir.
Bildirildiyinə görə, məxfi məlumatlar smartfonun sim kartında da saxlanılır. Bu cür məlumatlara, məsələn, istifadəçinin kontaktları və onun hərəkətlərinin tarixi daxil ola bilər. Hətta yeni alınan smartfon belə aktivləşən kimi artıq öz istehsalçısı üçün çoxlu məlumat toplamağa başlayır.
Mobil cihaz internet olmadan bəzi məlumatları toplayır. Sonra internet bağlantısı aktivləşəndə həmin informasiyalar potensial təcavüzkarlara ötürə bilər.