Dünyanın ən zəngin adamı olan İlon Maskın anası Mey Mask Çinin “Oppo” markasının reklam üzü olacaq.
Lent.az xəbər verir ki, Mey Mask artıq elektronika nəhəngi olan şirkətlə müqavilə imzalayıb.
Məlumata görə, 75 yaşlı model və dietoloq hazırda dünyanın ən yaxşı kamerasına malik “Find X6 Pro” üçün artıq bir neçə reklam çarxlarında iştirak edib.
Reklamdan olan ilk rəsmi fotolar bu yaxınlarda “YouTube”a sızan videolarla birlikdə internetdə yayılıb.
Çarxda Mey Mask oyuncaq təyyarə ilə birlikdə görünür. Videoda onun macəra dolu uşaqlığından, İlon Mask da daxil olmaqla üç övladı və necə miras almasından danışılır.
Qeyd edək ki, “Find X6 Pro” bu ilin martında Çində satışa çıxarılıb. Flaqman məhsulu bazarda ən yaxşı və bahalı smartfonlarla rəqabət aparmaq üçün yüksək səviyyəli xüsusiyyətlərə malikdir.