“Twitter” tvit redaktə funksiyasının necə işləyəcəyini göstərən paylaşım edib.
Lent.az “Twitter Blue”unun rəsmi hesabından edilən paylaşıma istinadən xəbər verir ki, illərdir gözlənilən xüsusiyyət barədə bəzi detallar açıqlanıb.
Dünyanın ən məşhur mikrobloq platforması olan “Twitter” uzun müddətdir ki, tvit redaktə funksiyası üzərində işləyirdi.
“Twitter”in paylaşımına baxdığımız zaman, paylaşımların redaktə edilməmişdən əvvəl necə görünəcəyini də anlayırıq. Bununla belə, istifadəyə veriləcək xüsusiyyət haqqında hələ də tam məlumat yoxdur. Misal üçün; Redaktə tarixçəsini gizlətmək üçün seçim olub-olmadığı bilinmir. Bir tvit üçün limitsiz redaktəyə icazə verilib-verilmədiyi, bir və ya bir neçə dəfə redaktə edəcəyimiz də aydın deyil. Bütün bunlara əlavə olaraq deyə bilərik ki, tvit redaktə xüsusiyyəti ilkin olaraq “Twitter Blue” abunəçiləri üçün ola bilər.
Görünən odur ki, “Twitter”dən ödənişsiz şəkildə faydalanan istifadəçilər bir az daha gözləməli olacaqlar.
Lətif İsmayılov